Fransada insident: 100 dən çox silahlı Roma azarkeşi həbs olundu

25.09.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Avropa Liqasının əsas mərhələsinin ilk turu çərçivəsində Fransada keçirilən oyun ərəfəsində "Nitsa" azarkeşləri ilə toqquşmada 100-dən çox “Roma” azarkeşi saxlanılıb.

Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

"Roman ultras" kimi tanınan və sayı 102-yə çatan azarkeş silah saxladıqları üçün nəzarətə götürülüb.

Fanatlardan dəmir, bıçaq, jilet, tüstü bombaları, sprey, gözyaşardıcı qaz və sair götürülüb.


Münaqişə "Nitsa" azarkeşlərinin “Romada yalnız "Latsio” şüarları səsləndirməsi ilə başlayıb. Potensial qarşıdurmanın qarşısını almaq üçün iki yüz polis əməkdaşı cəlb edilib.

Xatırladaq ki, qarşılaşma "Roma"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью