Fransada İsraildən şikayət edilib

02.12.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Fransada iki jurnalist təşkilatı, jurnalistlərin öz işlərini yerinə yetirməsinə mane olduğu üçün İsrailə qarşı şikayət ərizəsi təqdim edib.

"Cebheinfo.az" xəbər verir ki, “Le Monde” qəzetinin məlumatına görə, Milli Jurnalistlər İttifaqı (SNJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (FIJ) İsrailin Qəzzada “xəbər azadlığını məhdudlaşdırdığı” iddiası ilə Parisdə hüquqi addım atıblar.

Təşkilatlar qeyd ediblər ki, İsrail Qəzzaya jurnalistlərin girişinə icazə verməməklə “hərbi cinayət” törədir və bu cinayətin araşdırılmasına cavabdeh olan Fransa Milli Antiterror Prokurorluğuna müraciət ediblər.

“France Info” kanalının məlumatına görə, iki təşkilat yüz səhifəlik şikayət dosyesi təqdim edib.

Bu sənəd Fransada İsrailə qarşı “mətbuat azadlığını məhdudlaşdırdığı” iddiası ilə verilən ilk şikayət ərizəsi hesab olunur.

Təşkilatlar İsrailin jurnalistlərin fəaliyyətinə qarşı zorakı və koordinasiyalı şəkildə mane olmasını qınadıqlarını vurğulayıblar.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью