Fransada isti hava 8 min nəfərin ölümünə səbəb oldu

16.09.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransada may ayından bəri ölkəni təsirinə alan isti hava dalğaları nəticəsində təxminən 8 min nəfərin öldüyü açıqlanıb.

Turkustan.az xəbər verir ki, Fransa İctimai Səhiyyə Agentliyinin məlumatına görə, may ayından etibarən ölkədə dörd isti hava dalğası qeydə alınıb. İyulun 27-dən avqustun 20-dək davam edən son isti hava dalğası 79 departamentdə 817 əlavə ölümə səbəb olub.

Bununla da may ayından bəri dörd isti hava dalğası zamanı qeydə alınan artıq ölüm hallarının ümumi sayı 8 minə yaxınlaşıb. İyulun 3-dən 22-dək davam edən əvvəlki isti hava dalğası zamanı isə 1 243 əlavə ölüm qeydə alınmışdı.

İctimai Səhiyyə Agentliyi isti hava dalğalarının səbəb olduğu artıq ölüm hallarını normal şəraitdə gözlənilən orta ölüm sayı ilə həmin dövrdə qeydə alınan ölüm sayı arasındakı fərq əsasında hesablayır. Bu göstərici isti hava kimi hadisələrin ictimai sağlamlığa təsirini qiymətləndirmək üçün istifadə olunur.

Fransa 1900-cü ildən bəri ən isti iyul ayını da bu il yaşayıb. İyulda ölkə üzrə orta temperatur 24,9 dərəcə Selsiyə çatıb. Yağıntıların 70 faiz azalması ilə iyul ayı Fransada indiyədək qeydə alınan üçüncü ən quraq iyul olub.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью