Fransada istilərə görə AES in ikinci reaktoru da DAYANDIRILDI

09.07.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransada ekstremal istilər fonunda Tuluza yaxınlığında yerləşən atom elektrik stansiyasının reaktorlarından birinin fəaliyyəti yenidən müvəqqəti dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.
"EDF" energetika şirkəti bildirib ki, ikinci reaktorun dayandırılmasına Qaronna çayında suyun temperaturunun həddindən artıq yüksələrək 28°C-yə çatması səbəb olub.
Qüvvədə olan ekoloji tələblərə əsasən, reaktorların soyudulması üçün istifadə edilən və çaya geri qaytarılan suyun temperaturu bu həddi keçməməlidir.
Stansiyanın birinci reaktoru da hazırda işləmir. O, may ayından bəri planlı texniki xidmətdədir.
Bənzər səbəbdən əvvəlki reaktorun bağlanması Fransada rekord səviyyədə olan ən isti gün olan 23 iyunda baş verib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью