Fransada kənd təsərrüfatı sərgisində davada 2 polis əməkdaşı xəsarət alıb

23.02.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 23 fevral, AZƏRTAC

Parisdə keçirilən kənd təsərrüfatı sərgisində ziyarətçilərlə sərgi iştirakçıları arasında mübahisə yaranıb.

AZƏRTAC xəbər verir ki, mübahisə qısa müddətdə davaya çevrilib. Davada iştirak edənlərdən biri soyuq silah tətbiq edərək 2 polis əməkdaşına xəsarət yetirib.

Əlavə polis qüvvələrinin müdaxiləsi nəticəsində hadisənin qarşısı qısa müddətdə alınıb və 15 nəfər saxlanılıb.

Saxlanan şəxslər izahatları alındıqdan sonra sərbəst buraxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью