Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Madrid "Real"ının və Fransa milli komandasının hücumçusu Kilian Mbappenin anası Fayza Lamari ehtimal olunan korrupsiya təhqiqatı çərçivəsində Fransa hüquq-mühafizə organları tərəfindən dindirilib.
Bizim.Media L’Équipe nəşrinə istinadən xəbər verir ki, Fayza Lamari Fransa milli komandasının təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Məhəmməd Sanhadjidən 4 ədəd vizanın alınmasında köməklik göstərməsini xahiş etməkdə şübhəli bilinir.
Bununla belə, ona qarşı hələlik rəsmi ittiham irəli sürülməyib və o, iş üzrə şahid qismində ifadə verib.
Təhqiqat çərçivəsində futbolçunun özü — Kilian Mbappe də dindirilib. Müstəntiqlər ulduz futbolçunun Sanhadjinin hesabına köçürdüyü 60 300 avro məbləğində pul köçürməsini araşdırırlar.
Bizim.Media