Fransada kilsəyə qarşı vandalizm aktı törədilib

16.07.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 iyul, AZƏRTAC

Fransanın Pireney-Atlantik departamentində yerləşən kilsəyə qarşı vandalizm aktı törədilib

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, səhər kilsəyə gələn keşiş ibadət yerinə böyük həcmdə tullantı atıldığını görüb. Hadisə bazar günü baş versə də, ötən gün axşam saatlarında ictimailəşdirilib.

Din xadiminin jurnalistlərə bildirdiyinə görə, tullantı o qədər çox olub ki, üstündən keçmək mümkün olmayıb. Məsələ ilə bağlı polisə məlumat verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью