Fransada komendant saatı tətbiq ediləcək

10.06.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Fransanın Clermont-Ferrand şəhərində 2026 FIFA Dünya Kuboku ərəfəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə komendant saatı tətbiq ediləcək.

“Cebheinfo.az” xəbər verir ki, qərarın qəbuluna son dövrlərdə baş verən zorakılıq hadisələri səbəb olub. Şəhərdə bu səbəbdən genişmiqyaslı təhlükəsizlik tədbirlərinin görüləcəyi açıqlanıb.

Qərara əsasən, 16 yaşdan aşağı uşaqlar saat 23:00-dan 07:00-dək yetkin bir şəxsin müşayiəti olmadan şəhər mərkəzində ola bilməyəcəklər.

Şəhər rəhbərliyi xüsusilə Paris Saint-Germain klubunun UEFA Çempionlar Liqasındakı uğurundan sonra baş verən iğtişaşların bu qərarın qəbulunu sürətləndirdiyini bildirib.

Bildirilib ki, son iki həftəsonu baş verən hadisələrdə iştirak edənlərin böyük hissəsi 13–17 yaş aralığında olub.

Tədbirin əsas məqsədinin gənclərin təhlükəsizliyini təmin etmək olduğu vurğulanıb.

Rəsmi rəqəmlərə əsasən, iğtişaşlar nəticəsində təxminən 45 min avro məbləğində maddi ziyan dəyib.

Qeyd edilib ki, FIFA Klublararası Dünya Çempionatının başlaması ilə birlikdə qüvvəyə minəcək qaydalara əsasən, müəyyən olunmuş saatlarda nəzarətsiz şəkildə küçədə olan uşaqların valideynlərinə 150 avroya qədər cərimə tətbiq edilə bilər.

Yerli hakimiyyət bu addımla valideyn məsuliyyətini artırmağı hədəfləyir. Şəhər sakinləri arasında isə mövzu ilə bağlı fikir ayrılığı mövcuddur: bir qrup bu tədbirləri zəruri hesab etsə də, digərləri belə məhdudiyyətlərin problemin həllinə real təsir göstərməyəcəyini düşünür.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью