Icma.az, Ayna saytına istinadən bildirir.
"Bunun qeyri-müəyyən müddətə davam etməsinə icazə verə bilmərik"
Kütləvi iğtişaşlar səbəbindən Fransada komendant saatı tətbiq olunacaq. AYNA.AZ-ın BFMTV-ə istinadən məlumatına görə, bu barədə Baş nazir Sebastyan Lekornu bildirib.
O, şəhər mərkəzlərində "qismən və lokal komendant saatı"nın tətbiqinin "çox spesifik bir növ genişmiqyaslı talançılıq" ilə əlaqəli olduğunu bildirib.
Lekornu vurğulayıb ki, "bunun qeyri-müəyyən müddətə davam etməsinə icazə verə bilmərik".
Daha əvvəl Fransanın daxili işlər naziri Loran Nunyes ölkənin bir neçə şəhərində polisin etirazlar üzərində nəzarəti itirdiyini bildirib.