Fransada küçədə qalan uşaqların sayı artıb

09.11.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransada evsizlik problemi uşaqlar arasında da getdikcə artır.

Ölkədə küçələrdə yaşayan uşaqların sayı ötən illə müqayisədə 6 faiz artaraq 2 min 159 nəfərə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə əcnəbilərin hüquqlarını müdafiə edən, 1000-ə yaxın dərnəyi birləşdirən Həmrəylik Təşkilatları Federasiyası (FAS) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) məlumat yayıb.

Məlumata görə, evsiz uşaqların 503-ü 3 yaşdan kiçikdir. Bununla belə, açıqlanan rəqəmlər yalnız sığınacaq üçün 115 saylı təcili yardım xəttinə müraciət edən ailələrin uşaqlarını əhatə edir. Müvəqqəti sığınacaqlarda və gecəqondularda yaşayan sənədsiz miqrant uşaqlar isə bu statistikaya daxil edilməyib.

Diqqətçəkən məqam odur ki, Fransa hökumətinin 2022-ci ildə küçədə heç bir uşağın qalmayacağına dair verdiyi vədə baxmayaraq, həmin vaxtdan bəri evsiz uşaqların sayı 30 faiz artıb.

YUNİSEF-in Fransadakı nümayəndəliyinin rəhbəri Adeline Hazan bildirib ki, hər il küçələrdə gecələməyə məcbur olan, ağır yaşayış şəraiti və gündəlik təhlükələrlə üzləşən uşaqların sayının artması narahatlıq doğurur.

FAS-ın rəhbəri Paskal Bris də uşaqların gündüz məktəbə getdikdən sonra gecələr yenidən küçədə qalmasının qəbuledilməz olduğunu vurğulayıb.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью