Fransada küçədə yaşayan uşaqların sayı 30 faiz artıb

28.08.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Paris hökumətinin verdiyi vəd tamam yalan çıxdı


Fransada küçələr uşaqlarla doludur. Fransada 2 mindən çox uşaq küçədə yaşayır. Onların 500-dən çoxu 3 yaşdan kiçikdir.

Sherg.az xəbər verir ki, Fransadakı evsiz uşaqların sayı ötən illə müqayisədə 6 faiz artaraq 2 min 159-a çatıb.

Ölkədə miqrantların hüquqlarını müdafiə edən təxminən 1000-dən çox dərnəyin üzvü olduğu Həmrəylik Aktorları Federasiyası (FAS) ilə BMT Uşaq Fondu (UNICEF) Fransa tərəfindən yayımlanan məlumata görə, onların 503-nü 3 yaşdan kiçik uşaqlar təşkil edir.

Bu rəqəm yalnız yaşayış üçün təcili yardım xətti 115-ə müraciət edən ailələrin uşaqlarını əhatə edir.

Qurumların təqdim etdiyi məlumatlar, qeyri-leqal miqrant uşaqlarını və onların ailələri ilə birlikdə köhnə barınacaqlarda və ya gecəqondularda qalanları əhatə etmir.

Paris hökumətinin 2022-ci ildə verdiyi “küçədə bir dənə də olsun uşaq qalmayacaq” vədindən sonra küçədə yaşayan uşaqların sayı 30 faiz artıb.

UNICEF-in Fransa üzrə prezidenti Adeline Hazan bildirib: “Hər il küçədə yatan, insan ləyaqətinə zidd həyat şəraitinə və gündəlik təhlükələrə məruz qalan uşaqların sayındakı artımı qəzəblə müşahidə edirik.”

FAS prezidenti Pascal Brice isə vurğulayıb: “Ölkəmizdə məktəbə gedən, amma gecələr küçələrə dönən uşaqları qəbul edə bilmərik.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью