Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

15.02.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın Lil şəhərində polis məktəbinin kursantı barın qarşısında avtomobillə 5 nəfərə xəsarət yetirib. SİA “Le Matin” saytına istinadla xəbər verir ki, kursant sərxoş olduğu üçün bardan çıxarılıb. O isə bir müddət sonra geri qayıdaraq qisas məqsədi ilə avtomobili barın qarşısında dayananların üzərinə sürüb. Xilasedicilərin məlumatına görə, xəsarət alan 5 nəfərdən birinin vəziyyəti ağırdır.

Hadisəni törətməkdə təqsirləndirilən kursant həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью