Fransada LaManş boğazını keçmək istəyən 85 nəfər xilas edilib

05.12.2024

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransanın Sahil Xidməti La-Manş boğazını qanunsuz keçməyə cəhd edərkən qumda batmış 85 nəfəri xilas edib.

Bu barədə “The Guardian“ məlumat yayıb.

Pas-de-Kale bölgəsində miqrantları daşıyan iki qayıq qəzaya uğrayıb. Qayıqların birində 80, digərində isə beş nəfər olub.

Qurbanların polisin müşayiəti ilə Bulon-sur-Mer şəhərinə aparıldığı bildirilir. Onlara təcili yardım göstərilib.

Qeyd edək ki, 2024-cü ildə on minlərlə miqrant qanunsuz yolla boğazı keçə bilib. Uğursuz cəhdlər nəticəsində isə onlarla qəza baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью