Fransada mağazalar talan edildi

28.11.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransada yaşayış xərclərinin artmasına qarşı keçirilən kütləvi tətil və etiraz aksiyaları zorakılıqla müşayiət olunub. 

"Cebheinfo.az" xəbər verir ki, Paris və digər böyük şəhərlərdə maskalı şəxslər mağazaların vitrinlərini sındıraraq ticarət obyektlərini qarət ediblər.

Məlumata görə, supermarketlər, apteklər və lüks mağazalar da daxil olmaqla, 3 mindən çox ticarət obyekti dağıdılıb və ya talan edilib. Küçələrdə şüşə qırıqları və yandırılmış avtomobillər qalıb.

Hüquq-mühafizə orqanları ictimai asayişi bərpa etmək üçün tədbirlər görüb.

Polis 2 400-dən çox şəxsi saxlayıb, yüzlərlə polis əməkdaşı isə baş verən hadisələr zamanı xəsarət alıb.

Təbriz Mirzə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью