Статья не опубликована
Fransada Makronun etibarı getdikcə azalır | Icma.az

Fransada Makronun etibarı getdikcə azalır

28.12.2024

Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

Fransanın prezident Emmanuel Makrona etimadı 2018-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.

Bu barədə "Toluna Harris Interactive" tədqiqat şirkəti tərəfindən aparılan sorğunun nəticələrinə dair qeyd edilib.

Son bir ayda Fransa liderinin reytinqinin 32% göstərməsinə baxmayaraq, vətəndaşların etibarı sentyabr ayından aktiv şəkildə azalmağa başlayıb.

“Respublika Prezidentinə etimad səviyyəsi sentyabrdan (-5) aşağı düşməkdə davam edib və “sarı jiletlilər” hərəkatı ilə bağlı gərginlik dövrü olan 2018-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə çatıb”, - materialda deyilir.

Mövsüm

Aznews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью