Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Fransada yerli milli komandanın hücumçusu Kilian Mbappeni qaçırmağı planlaşdıran 18 yaşlı gənc həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə "The Touchline" səhifəsi məlumat yayıb.
Saxlanılan şəxsin tək olmadığı, cinayət ortaqlarının da olduğu bildirilir. Dəstə üzvləri Mbappe ilə yanaşı, daha bir neçə tanınmış şəxsi qaçırmağı planlaşdırıblar.
Xatırladaq ki, Mbappe futbol üzrə 2026-cı il Dünya Çempionatında İngiltərəyə qarşı keçirilən üçüncülük matçında iki qol vurub və bir məhsuldar ötürmə edib. Bununla da Mbappenin dünya çempionatlarında vurduğu qolların sayı 22-yə çatıb.
O, Lionel Messini (21 qol) geridə qoyaraq dünya çempionatları tarixinin ən yaxşı bombardiri adını qazanıb.
Bundan əlavə, fransalı hücumçu DÇ-2026-nın bombardirlər yarışına da başçılıq edib. 27 yaşlı futbolçunun aktivində başa çatan çempionatda 10 qol və dörd məhsuldar ötürmə var.
Bizim.Media