Fransada məhbuslar üçün əyləncə tədbirlərinin keçirilməsinə icazə verilib

21.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Fransa Dövlət Şurası məhbuslar üçün əyləncə tədbirlərinin keçirilməsinə icazə verib.

Oxu.Az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Dövlət Şurası ədliyyə nazirinin göstərişini ləğv edən Fransanın Ali İnzibati Məhkəməsinin qərarına əsaslanıb.

Belə ki, bir müddət əvvəl ədliyyə naziri Fransa həbsxanalarında idman və təhsildən başqa bütün tədbirlərin keçirilməsinə qadağa qoymuşdu. Dövlət Şurası isə bu qadağanın məhbusların hüquqlarını pozduğunu əsas gətirərək, əyləncə və digər sosial tədbirlərə yenidən icazə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью