Fransada məktəb etirazları: 1802 nəfərə cinayət işi açılıb

06.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransada məktəb etirazları səbəbindən 1,8 min cinayət işi açılıb.

Bakıvaxtı.az "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, lisey şagirdlərinin kütləvi etirazlarına görə 1800-dən çox insan ittiham olunub. Hazırda 1802 nəfərə qarşı cinayət təqibi davam edir. Onlardan 319 nəfəri  yetkinlik yaşına çatıb, 1483 nəfər isə yetkinlik yaşına çatmayıb.

Etirazlar nəticəsində 215 tələbə xəsarət alıb.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью