Fransada məktəblilər küçələrə çıxdı 202 yaralı var

01.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransada lisey şagirdlərinin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdiyi aksiyalar ölkə üzrə yayılıb. Aksiyalar zamanı şagirdlər, təhsil işçiləri və polis də daxil olmaqla 202 nəfər yaralanıb.

“Yeni Sabah” xəbər verir ki, ötən həftə başlayan lisey şagirdlərinin aksiyaları bu gün də davam edib. Fransanın təhsil naziri Eduard Gefre və daxili işlər naziri Loran Nünez paytaxt Parisdə aksiyalarla bağlı mətbuat konfransı keçirib. Gefre bildirib ki, lisey şagirdlərinin tələblərinə cavab tapmaq üçün xüsusi müzakirə platforması yaradılacaq. Şagirdlər bu platforma vasitəsilə narahatlıqlarını da ifadə edə biləcəklər. Nazirin sözlərinə görə, aksiyalar başlayandan indiyədək 119 şagird və təhsil işçisi yaralanıb. O, bunun Təhsil Nazirliyi üçün görünməmiş hal olduğunu bildirib. Gefre aksiyalarda zorakılığa meyilli qrupların da iştirak etdiyini deyib. O, şagirdlərinə xidmət edən dövlət işçilərinə qarşı hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Daxili işlər naziri Loran Nünez aksiyaların ölkə üzrə 356 məktəbi əhatə etdiyini bildirib. Onun sözlərinə görə, aksiyalar genişlənib və bəzi təhsil müəssisələrinin qarşısında zorakılıq halları ciddi şəkildə artıb. Nünez aksiyalarla bağlı 625 nəfərin saxlanıldığını, 83 polis əməkdaşının isə yaralandığını açıqlayıb. Nazir bəzi polis əməkdaşlarına müxtəlif əşyaların atıldığını və onlara qarşı zorakılıq törədildiyini bildirib. Dominos pizza

İki nazirin açıqladığı məlumatlara əsasən, aksiyalar zamanı yaralananların ümumi sayı 202 nəfərə çatıb.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью