Fransada mənzil BÖHRANI 350 min insan küçələrdə qalıb

07.02.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

Fransada 350 min insan küçədə yaşayır və bu, son illərdə 2 dəfə artıb.
Bizim.Media xəbər verir ki, bu məlumat Fransa Mənzil Fondunun dərc etdiyi hesabatda öz əksini tapıb.
Məlumata görə, Fransada hər axşam minlərlə qadın, uşaq və kişi küçələrdə yatır.
 

Mənzil Fondunun kasıbların küçədə və ya acınacaqlı şəraitdə olan mənzillərdə yaşadıqlarını əks etdirən 30-cu hesabatı ölkədə mənzil böhranının çox dərin olduğunu göstərir.


Hesabatda küçədə yaşayanların sayının iki dəfədən çox artdığını vurğulanıb. Hazırda Fransada küçədə yaşayan 350 min insanın qeydiyyatda olduğu və bu rəqəmin ötən illə müqayisədə 6% artdığı qeyd edilir. Həmçinin Fransada 4,2 milyon insanın mənzil şəraiti son dərəcə pisdir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью