Fransada məscid təhqir edilib

28.01.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Fransanın şimal-qərbində yerləşən məscidin qapısının üzərinə donuz başı təsviri olan qrafiti çəkilib.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türk-İslam Dini İşlər Birliyi (DİTİB) məlumat yayıb.

Hadisə Şerbur-en-Kotanten kommunasında baş verib.

Öz növbəsində DİTİB məscidə qarşı edilən bu qəbuledilməz hərəkətləri pisləyib və insanpərvərlik prinsiplərini qətiyyətlə qoruyacağını bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью