525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransanın Qrenobl şəhərinin Saint-Bruno məhəlləsindəki məsciddə yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, polis məscidin qəsdən yandırılmasından şübhələnir. Bu səbəbdən də hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Yanğın məscidin ayaqqabı anbarında başlayıb. Yanğınsöndürənlər gələnə qədər yerli sakinlər yanğını söndürməyə çalışıblar. Nəticədə tüstüdən zərər çəkən 1 nəfər xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, son vaxtlar Fransada müsəlmanlara qarşı nifrət və hücumlar artıb.
İbrahim Cəfərov