Fransada meşə yanğınları ilə bağlı 30 dan çox şübhəli şəxs saxlanıldı

11.07.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransada meşə yanğınları fonunda yaşıllığa qəsdən od vurmaqda şübhəli bilinən 30-dan çox şəxs saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Loran Nunes "X" sosial şəbəkəsində məlumat yayıb.

"22 departament üzrə ümumilikdə 32 nəfər qəsdən yanğın törətmək şübhəsi ilə həbs edilib", - deyə nazir qeyd edib. pizza mizza

O, bu cür əməlləri kəskin şəkildə pisləyərək, onların fransız yanğınsöndürənlərinin həyatı üçün ciddi təhlükə yaratdığını xüsusi vurğulayıb.

Hazırda Fransanın cənubunda yerləşən bir neçə regionda güclü meşə yanğınları tüğyan edir. İyulun 10-na olan məlumata əsasən, ölkə ərazisində artıq 25 min hektar meşə sahəsi yanaraq külə dönüb./Oxu.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью