Fransada meşə yanğınları, minlələ insan təxliyə edildi

23.07.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Fransanın cənubunda yerləşən Jironda departamentində meşə yanğınları üzündən 5 minə yaxın sakin təxliyə olunub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təkcə Somo kommunasında alov 900 hektar ərazini məhv edib.

Arkaşon körfəzinə doğru irəliləyən alova görə Porj kommunasının əhalisi Lakano kommunasına köçürülüb. Hazırda ərazidə 500 yanğınsöndürən, onlarla texnika və 3 kiçikmühərrikli təyyarə yanğınla mübarizə aparır.

Qeyd edək ki, bu gün əlavə qüvvə qismində 200 yanğınsöndürənin də əməliyyata qoşulacağı bildirilir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью