Fransada miqrant düşərgəsində atışma: 5 ölü

16.12.2024

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransanın şimalında miqrant düşərgəsi yaxınlığında baş verən atışmalar nəticəsində çoxsaylı insan ölüb, hadisəni törədən şəxs polisə təslim olub.
Ölkə.Az Fransa mediasına istinadən xəbər verir ki, Dunkerk yaxınlığındakı Lunplage sahil zolağında iki mühafizəçi, iki miqrant olmaqla 4 nəfər ölümcül yaralanıb.
AFP xəbər agentliyinə görə, silahlı şəxs yaxınlıqdakı Uormhout şəhərində insanlara silahlı hücum edib. Nəticədə ikisi miqrant olmaqla 5 nəfər ölüb. 
Hadisəni törədən 22 yaşlı gənc polisə təslim olub.
Dunkirk meri Patris Vergriete hadisəni faciə adlandırsa da, hücumların motivinin səbəbinin bəlli olmadığı bildirib.
Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью