Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransada bir məscid və bir dərnək irqçi hücumların hədəfi olub.
"Cebheinfo.az" xəbər verir ki, ölkənin Haute-Loire vilayətindəki Puy-en-Velay şəhərində yerləşən məsciddə bir qrup tərəfindən Qurani-Kərim nüsxələri cırılaraq yerə atılıb.
Ain vilayətindəki Montreal-la-Cluse şəhərindəki dərnəyin poçt qutusuna isə bir güllə qoyulub.
Fransa İslam Şurası (CFCM) yazılı açıqlama verərək məscidə edilən hücuma etirazını bildirib və məscid camaatına həmrəylik mesajı göndərib.
Qeyd olunub ki, bir ibadət yerində müsəlmanların müqəddəs kitabına edilən hücum, heç bir halda yüngül qəbul edilməməli olan ciddi bir islamofobiya aktıdır.
Son dövrlərdə hökumətin müsəlmanlara yönəlik “qərəzli sorğular, hesabatlar və etiketləyici təkliflər” yaydığı bir zamanda bu cür hücumların artma riski ilə bağlı xəbərdarlıq edilib və müsəlmanlara ehtiyatlı olmaları çağırışı edilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin