Fransada müştəri öhdəliklərini pozan bank 20 milyon avro cərimələnib

19.05.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Paris, 19 may, AZƏRTAC

Fransanın “Societe Generale” bank qrupu müştərilərin məlumatlandırılması və məsləhətləndirilməsi üzrə öhdəliklərini pozduğuna görə 20 milyon avro cərimələnib.

AZƏRTAC xəbər verir ki, qurumu bu ölkənin bank və sığorta sektoruna nəzarət edən Prudensial Nəzarət və Tənzimləmə Təşkilatı cərimələyib.

Bildirildiyinə görə, bu, təşkilatın Sanksiyalar komissiyası tərəfindən 2018-ci ildən indiyədək tətbiq olunan ən yüksək cərimədir.

“Societe Generale” qərarı nəzərə aldığını açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью