Fransada “Nestle”yə qarşı istintaq başladılıb

21.01.2025

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Fransa hökumət İsveçrənin "Nestle" şirkətinə qarşı təbii mineral suyu kimi etiketlənmiş içməli suyun qablaşdırılmasında müxtəlif filtrasiya üsullarından istifadə edildiyi ilə bağlı şikayətləri araşdırır.

Banco.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.

Bildirilir ki, istintaq 2024-cü ilin dekabr ayının sonlarında dələduzluq şikayəti ilə bağlı başladılıb.

Ən sərfəli kredit üçün müraciət et

Nəşrin məlumatına görə, “Nestle” bir neçə ildir ki, suyun bakterial və ya kimyəvi çirklənməsi ilə mübarizə üçün qadağan olunmuş müalicə üsullarından - mikrofiltrasiya, UV filtrləri və aktivləşdirilmiş karbondan istifadə edir.

Şirkət istintaqın başlanması ilə bağlı hər hansı bir şərh verməkdən imtina edib, lakin məhkəmə orqanları ilə konstruktiv əməkdaşlıq ediləcəyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью