Fransada nüvə silahı olan hərbi baza üzərində naməlum dronlar görünüb | Icma.az
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransadakı İl-Lonq hərbi bazası üzərində beş naməlum dron görünüb, ölkənin hərbi prokurorluğu araşdırmaya başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Agence-France-Presse" məlumat yayıb.
Məlumata görə, dronlar axşam saatlarında Fransa hərbi bazası üzərindən uçublar.
Hərbi bazanı qorumaqdan məsul olan Dəniz Piyadaları Batalyonu dronları vurmağa cəhd edib.
Qeyd edək ki, Bretan yarımadasındakı İl-Lonq bazası 120 dəniz jandarmı tərəfindən qorunan strateji hərbi obyektdir.
Bazada yerləşən sualtı qayıqlar nüvə silahı daşıyır. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu