Fransada “ölməyə kömək” qanunu qəbul edilib

28.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Fransada Milli Assambleyanın "ölməyə kömək" olaraq xarakterizə edilən qanun layihəsini qəbul etdiyi bildirilir. Qanun layihəsində qeyd olunur ki, tibbi yardımla ölümlə həyata son vermə aktı xəstənin qohumluq əlaqəsi olmadığı həkimə müraciət etməklə həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, müalicəsi mümkün olmayan xəstəliklərlə bağlı “ölməyə kömək” kimi xarakterizə edilən qanun layihəsi Fransa Milli Assambleyasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, qanun layihəsi 199 “xeyr” səsinə qarşı “305” səslə qəbul edilib və payız aylarında Senatda müzakirəyə çıxarılacaq. Bu qanun layihəsi fransız olan və yaşı 18-dən yuxarı olan və ya uzun müddətdir ölkədə yaşayan və sağalmaz xəstəlikləri olan xəstələri əhatə edir.

Qanun layihəsi sözügedən şəxslərdən “xəstəliyə görə daimi fiziki və ya psixoloji ağrılar çəkmələrini” və “öz iradələrini sərbəst və şüurlu şəkildə ifadə edə bilmələrini” tələb edir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью