Fransada orta məktəblərdə mobil telefonlardan istifadə qadağan edilir

28.11.2025

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Fransada 2026-cı ilin sentyabrından orta məktəblərdə şagirdlərin mobil telefondan istifadəsinə qadağa qoyulacağı gözlənilir.

Moderator.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.

"Biz gələn dərs ilindən etibarən orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsini qadağan etmək istəyirik. Fransız gənclərin sosial şəbəkələrə aludə olması onların psixi sağlamlıqlarına mənfi təsir göstərir", - deyə Fransa lideri bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью