Fransada partiya lideri ölkəsinə Aİ dən çıxmağı təklif etdi SƏBƏB

26.01.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiyanın əleyhinə olan və Avropa İttifaqını (Aİ) zəiflədən sanksiyalar ləğv edilməlidir".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə yanvarın 26-da Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo özünün "X" hesabından bəyan edib.

"Sülh naminə bizi zəiflədən bu sanksiyaları ləğv edək və Aİ-dən mümkün qədər tez çıxaq", - deyə siyasətçi bildirib.

Partiya sədri Rusiyaya qarşı məhdudiyyətləri "axmaqlıq" adlandırıb. O xatırladıb ki, yanvarın 31-də Macarıstan məhdudiyyətlərin uzadılmasına veto qoya bilər və Avropa bundan o qədər isterikaya düşüb ki, Polşanın Baş naziri Donald Tusk faktiki olaraq macar həmkarı Viktor Orbanı müharibə ilə hədələyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью