Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 fevral, AZƏRTAC
Fransanın Nitsa şəhəri yaxınlığındakı sularda 4 ədəd mərmi aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, 81 millimetrlik mərmilər bir-birindən aralı ərazilərdə tapılıb.
Hadisə yerinə minatəmizləyən dalğıclar cəlb edilib. Təhlükəsizlik məqsədi ilə yaxın ərazilərdə bütün növ gəmilərin hərəkəti qadağan edilib. Sursatların zərərsizləşdirilməsi səhər saatlarında həyata keçiriləcək.