Fransada polislar ayağa qalxdı

31.01.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransada polis və jandarm əməkdaşları əmək şəraitinin pisləşməsi və cinayətkarlığın artmasına etiraz olaraq ümummilli aksiya keçiriblər.

Modern.az xəbər verir ki, aksiyada ölkə üzrə 45 mindən çox hüquq-mühafizə əməkdaşı iştirak edib.

Paytaxt Parisdə küçələrə təxminən 20 min nəfər çıxıb. Lyon və Marseil şəhərlərində hər birində 5 minə yaxın iştirakçı qeydə alınıb. Lille və Nisdə mindən çox, Nîmes və Grenobledə təxminən min nəfər aksiyaçı toplaşıb.

“Biz artıq kritik həddə çatmışıq. Polislərimiz sürətlə artan cinayətkarlıq qarşısında dözə bilmir, özlərini aciz və ruhdan düşmüş hiss edirlər”, – deyə “Qalx, Fransa” partiyasının lideri Nicolas Dupont-Aignan bildirib. Onun sözlərinə görə, Fransada ədliyyə sistemi səmərəli işləmir və cinayətkarlar azadlıqda qalır: “Polislər bacardıqlarını edirlər, amma eyni şəxsi əlli dəfə saxlamalı olurlar.”

Fransanın daxili işlər naziri Laurent Nunez etirazçı polislərə dəstək ifadə etsə də, nümayişdə iştirak etməyib. Nazirliyin rəhbərinin bu qərarı “Alliance” həmkarlar ittifaqı və aksiyaçı hüquq-mühafizə əməkdaşları tərəfindən narazılıqla qarşılanıb və “ciddi səhv” kimi dəyərləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью