Fransada qədim qəsrdə şou zamanı tribuna aşdı

19.08.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Erki kommunasındakı Byenassis qəsrində tamaşaçıların olduğu tribunalardan biri yıxılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 16 nəfər müxtəlif bədən xəsarətləri alıb.

5 nəfər ağır vəziyyətdə Sen-Brie şəhər xəstəxanasına şatdırılıb. Hadisə axşam tamaşasının başlamasına bir neçə dəqiqə qalmış baş verib. Aralarında turistlərin də olduğu yüzə yaxın tamaşaçı tribunalarda yerlərini tutarkən onlardan birinin dayaqları qırılıb. Faktla bağlı kommuna prokurorluğunda cinayət işi qaldırılıb. 

Qeyd edək ki, XV əsrdə inşa olunmuş Byenassis qəsri turistlərin marağına səbəb olan tarixi tikililərdəndir. Burada tez-tez müxtəlif xarakterli şoular təşkil olunur.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью