Fransada qırmızı həyəcan elan edildi

30.09.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransanın Milli Meteorologiya Xidməti – “Meteo-France” sel təhlükəsi ilə əlaqədar Herault və Gard vilayətlərində hava şəraiti üzrə xəbərdarlıq səviyyəsinin narıncıdan qırmızıya yüksəldildiyini açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, səhər saatlarından etibarən Herault və Gard departamentlərində təsirli olacaq güclü yağış və küləklərlə bağlı xəbərdarlıq edib. Belə ki, Lozer, Ardeş və Buş-dü-Ron vilayətlərində isə narıncı xəbərdarlıq qüvvədə saxlanılıb.

Fransanın dəmir yolu şirkəti SNCF də əlverişsiz hava şəraiti səbəbindən Gard vilayətinin inzibati mərkəzi Nim şəhəri ilə ölkənin mərkəzində yerləşən Puy-de-Dome vilayətinin Klermon-Ferran şəhəri arasında qatar reyslərinin hər iki istiqamətdə ləğv edildiyini bildirib.

Əfsanə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью