Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransanın Baş naziri Sebastyan Lekornyu şənbə günü keçirilən etiraz aksiyaları zamanı baş verən zorakılıqlara görə ifrat solçu qrupları ittiham edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Lekornyu bu barədə çərşənbə axşamı Milli Assambleyada çıxışı zamanı danışıb.
Baş nazir bildirib ki, bəzi ərazilərdə ifrat solçu və ultra solçu qruplaşmalar tərəfindən qiyam ssenarisi planlaşdırılıb.
Lekornyu hakimiyyətin radikal qrupların Fransa Prezidentinin iqamətgahı olan Yelisey sarayına və Baş nazirin iqamətgahı Matinyon sarayına doğru irəliləməsinə imkan verilməyəcəyini vurğulayıb.
O, hüquq-mühafizə orqanlarının siyasi izləmə ilə məşğul olması barədə iddiaları da rədd edib. Bu ittihamlar daha əvvəl “Mediapart” internet nəşrində dərc olunan materialda yer alıb, daha sonra isə solçu “Boyun Əyməyən Fransa” (LFI) partiyası tərəfindən gündəmə gətirilib.
“Bu, doğru deyil”, – deyə Lekornyu bildirib. O, hökumətin hüquq-mühafizə orqanlarına bu cür göstərişlər verməsinin ağlasığmaz olduğunu qeyd edib.