Fransada rekord istilik

07.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransada sentyabr ayı üçün yeni milli temperatur rekordu qeydə alınıb. Ölkənin cənubundakı Tarn departamentinin Lavaur şəhərində sentyabrın 6-da havanın temperaturu 40,3°C-yə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Bununla da Fransada sentyabr ayı üzrə əvvəlki rekord yenilənib. 2022-ci il sentyabrın 12-də Landes departamentinin Pissos şəhərində 40,2°C temperatur qeydə alınmışdı.

Qeyd edək ki, avqustun sonunda Fransanın 96 departamentindən 44-də güclü ildırım səbəbilə narıncı hava xəbərdarlığı elan edilmişdi.

Murad İsmayıl 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью