Fransada Renuar muzeyindən dörd rəsm oğurlanıb

08.09.2026

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Fransada Renuar muzeyindən dörd rəsm oğurlanıb

Fransanın Kan-sür-Mer şəhərində impressionist rəssam Ogyüst Renuarın muzeyindən dörd rəsm əsəri oğurlanıb. Oxuməni.az xəbər verir ki, bu barədə TF1 və BFM polisə istinadən məlumat yayıb.

Polis sentyabrın 8-də səhər saat 6 radələrində (Bakı vaxtı ilə 8:00) muzeydə siqnalizasiya işə düşdükdən sonra həyəcan siqnalı alıb. Müşahidə kameralarının görüntülərində iki cinayətkarın rəsmləri kəsərək oğurladığı əks olunub.

Oğurlanan əsərlərdən birini cinayətkarlar qaçarkən atıblar. Şəhər meriyası oğurlanan sənət əsərlərinin ümumi dəyərini təxminən 9 milyon avro qiymətləndirib.

Hansı rəsmlərin oğurlandığı açıqlanmır. Söhbətin Renuarın əsərlərindən, yoxsa digər rəssamların işlərindən getdiyi də məlum deyil. Muzeydə Renuarın 13 əsəri ilə yanaşı, digər rəssamların, o cümlədən Aristid Mayol, Pyer Bonnar və Raul Dufinin əsərləri də nümayiş olunur.

Kan-sür-Merdəki Renuar muzeyi rəssamın 1907-ci ildə aldığı Les Collettes malikanəsində yerləşir. Renuar burada iki emalatxanası olan villa tikdirib və ömrünün son illərini burada keçirib. Rəssam malikanəsində Anri Matiss, Pablo Pikasso, Amedeo Modilyani və Klod Mone də daxil olmaqla, digər məşhur rəssamları qəbul edib.

Renuar 1919-cu ildə vəfat edib. Onun evində muzey 1960-cı ildə açılıb.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью