Fransada Renuarın oğurlanmış rəsmləri tapıldı

09.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransanın Kot-dazur bölgəsində yerləşən muzeydən sentyabrın 8-də oğurlanmış iki rəsm əsəri bir ay sonra tapılıb. Hadisə ilə bağlı altı nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Söhbət Pyer-Ogüst Renuarın “Madam Kolonna Romanonun portreti” və “Quyu kənarında gənc qadın” adlı əsərlərindən gedir.

Oğrular muzeyə pəncərədən daxil olaraq cəmi üç dəqiqə ərzində divarlardan dörd rəsm əsərini götürüblər. Onlar qaçarkən iki əsəri atıblar, digər iki rəsm isə yalnız indi tapılıb. Əsərlərin harada aşkarlandığı hələlik açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью