Fransada restorana silahlı basqın: 5 nəfər ağır yaralandı

04.11.2024

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Ötən gecə Kouronneries rayonunda restorana silahlı hücum edilib.

Sitat.info xəbər verir ki, hadisə zamanı biri 15, ikisi 16 yaşlı 5 nəfər ağır yaralanıb.

Polis rəsmilərinin açıqlamasına görə, 15 yaşlı gənc başından güllə yarası alıb. 

Hadisəyə təhlükəsizlik qüvvələri müdaxilə edib. 

Daxili işlər naziri Bruno Retalleau hücumun narkotik ticarəti ilə bağlı olduğunu  və “rəqib dəstələr arasında döyüş” nəticəsində baş verdiyini  bildirib.

Seymur,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью