Fransada Rus Elmlər və Mədəniyyət Evində azərbaycanlı musiqiçilərin konserti baş tutub

18.01.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransanın paytaxtı Parisdə azərbaycanlı musiqiçilərin konserti keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Fransa – Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə azərbaycanlı pianist Eldəniz Ələkbərzadə və fleytaçı Ağarahim Quliyevin konserti keçirilib.

Yeni ilin gəlişinə həsr olunmuş konsert Parisdə fəaliyyət göstərən Rus Elmlər və Mədəniyyət Evində baş tutub.

Azərbaycanlı musiqiçiləri fransalı violonçel ustası Lor Volpato və soptano Julia Vdovina müşayiət ediblər.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью