Fransada rusiyalı müxalifətçiyə qarşı sui qəsdin qarşısı alınıb

17.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Fransada Rusiya müxalifətinin nümayəndəsinə qarşı sui-qəsd hazırlığında şübhəli bilinən dörd nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə “Le Parisien” Fransa Milli Antiterror Prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, söhbət “Gulagu.net” layihəsinin təsisçisi, hazırda Fransada yaşayan Vladimir Oseçkindən gedir (Rusiya tərəfindən xarici agent kimi tanınıb). Oseçkin özü də bu məlumatı təsdiqləyib.

Saxlanılanlar 26–38 yaş arası Fransa və Rusiya vətəndaşlarıdır, onlardan üçü dağıstanlıdır. Onlara "şəxsə qarşı bir və ya bir neçə cinayət hazırlamaq məqsədilə terrorçuluqla əlaqəli sövdələşmə" maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla Fransa Milli Antiterror Prokurorluğu məşğuldur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью