Fransada şagird aksiyalarında 5 mindən çox saxlanılan var

03.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Fransada lisey şagirdlərinin etiraz aksiyaları zamanı polis 5000-dən çox şəxsi saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes “TF1” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, yalnız oktyabrın 2-də 1747 nəfər saxlanılıb. Nazir həmin gün 735 təhsil müəssisəsində nümayiş keçirildiyini, 158 məktəbin isə zərər gördüyünü qeyd edib.

Lisey şagirdlərinin etirazları ötən həftə İl-de-Frans regionunda başlayıb və hazırda ölkənin digər bölgələrinə də yayılıb. Etirazçılar dərs yükünün çoxluğu, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью