Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransada “Sarı jiletlilər” hərəkatı yaşayış xərclərinin artmasına qarşı ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirir.
Turkustan.az xəbər verir ki, aksiyalara orta məktəb şagirdləri, fermerlər və iqlim fəalları da dəstək verir.
Yerli medianın məlumatına görə, 2018-ci ildə başlayan və yüksək yaşayış xərclərinə etirazla tanınan hərəkat yenidən fəallaşıb. Təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə bir aydır nümayiş keçirən lisey şagirdləri, yanacağın qiymətinə etiraz edən fermerlər və iqlim fəalları da aksiyalara qoşulublar.
Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə 500 fərqli məntəqədə etiraz aksiyalarının keçiriləcəyini açıqlayıb.
Paris Polis İdarəsi isə Yelisey Sarayı, Baş nazirin iqamətgahı və Şanzelize prospekti kimi paytaxtın mühüm ərazilərində nümayişlərin keçirilməsini qadağan edib.
Qadağaya baxmayaraq, Şanzelize prospektindəki mağaza sahibləri vitrinlərini qoruyucu lövhələrlə örtüblər. Təhlükəsizlik qüvvələri də prospekt boyunca yerləşdirilib.
Aytən Yaşar/Turkustan.az