Fransada seçki müdaxiləsi iddiası: İsrail şirkətinin adı hallandı

05.10.2026

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Fransa mediası ölkənin ictimai yayımçısı France Télévisions-un 2027-ci il prezident seçkiləri ərəfəsində İsrail şirkətinə tamaşaçıların siyasi meylləri ilə bağlı həssas məlumatlar ötürməyə cəhd etdiyini iddia edib.

Turkustan.az xəbər verir ki, Fransa mediasında yayılan məlumatlara görə, ölkədə seçkilərə “xarici müdaxilə” ilə bağlı yeni iddia ortaya çıxıb.

Məlumata əsasən, mart ayında İsrail şirkətlərindən birinin yerli seçkilərə müdaxiləsi ilə bağlı iddiaların gündəmə gəlməsindən sonra başqa bir İsrail şirkətinin adı da mümkün seçki müdaxiləsi ilə əlaqələndirilib.

France Télévisions-un xəbər direktoru Filip Korbe seçki dövründə prezidentliyə namizədlərin iştirak etdiyi “L'heure de vérité” adlı siyasi proqramın tamaşaçıların iştirakı ilə interaktiv formatda keçirilməsini təklif edib.

İddiaya görə, bu format çərçivəsində tamaşaçıların siyasi meylləri ilə bağlı məlumatların toplanması və İsrailin elektron ticarət şirkətlərindən birinə ötürülməsi nəzərdə tutulub.

Aytən Yaşar / Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью