Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransada baş verən genişmiqyaslı etirazlar səbəbindən sığorta şirkətlərinin itkiləri 1,2 milyard avroya çata bilər.
Bakıvaxtı.az "Financial Times" (FT) qəzetinə istinadən xəbər verir ki, təkcə son həftəsonu sığorta şirkətlərinə dəyən ziyan 700 milyon avronu keçib.
Analitiklər hesab edirlər ki, bu yüksək rəqəm küçə toqquşmalarının çox intensiv və geniş yayılmış təbiətini əks etdirir. Vəziyyət yüksək inflyasiya ilə daha da ağırlaşır və bu da dəyən ziyanın ödənilməsini getdikcə çətinləşdirir.
Gülşən Şərif