Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fransanın İvelines əyalətində baş verən silahlı hücumda bir nəfər dünyasını dəyişib, dörd nəfər isə ağır yaralanıb.
Fransa Baş naziri Sebastien Lekornu ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında verdiyi açıqlamada İvelines əyalətinin Trappes şəhərində baş verən silahlı hücumda bir nəfərin öldüyünü və dörd nəfərin yaralandığını bildirib.
Lekornu cinayətkarın tutulduğunu və nəzarətə alındığını, hadisə ilə bağlı bütün təhlükəsizlik qüvvələrinin və məhkəmə mexanizmlərinin səfərbər olunduğunu qeyd edib.
Lekornu həmçinin Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun (PNAT) hadisə ilə bağlı araşdırmalar apardığını açıqlayıb. Yerli medianın verdiyi məlumata görə, Trappes şəhərində nəqliyyat vasitəsində olan bir şəxs ətrafdakılara atəş açıb.
M.MİRZƏ
XQ