Fransada silahlı insident: Ölən və yaralanan var

21.09.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 21 sentyabr, AZƏRTAC

Fransanın Oaz departamentinin Bovе şəhərində əməliyyatı zamanı 37 yaşlı kişi polis əməkdaşlarının açdıqları atəş nəticəsində həyatını itirib. Hadisə zamanı 2 polis də yaralanıb.

AZƏRTAC xəbər verir ki, Bove Prokurorluğu hadisənin təfərrüatlarını və polisin silahdan istifadə etdiyi şəraiti müəyyənləşdirmək üçün istintaq başladıb.

Bove prokuroru Nikola Septe öldürülən şəxsin “çox təhlükəli” kimi təsvir edildiyini və motosiklet sürərkən bir neçə dəfə atəş açdığını açıqlayıb. Polis şəhərin videomüşahidə sistemi vasitəsilə şübhəlinin kimliyini müəyyənləşdirib və onu Sen-Jan məhəlləsindəki evində saxlamaq istəyib. Bu vaxt o, polislərə atəş açıb. Nəticədə 1 qadın polis qolundan yaralanıb. Onun həyati təhlükəsinin olmadığı və xəstəxanaya aparıldığı bildirilib. Daha 1 polis əməkdaşı isə hadisədən sonra keçirdiyi şok səbəbindən tibbi yardım alıb. Hadisə zamanı silahlı öldürülüb.

Prokurorluğun məlumatına görə, 37 yaşlı şəxs hadisədən 1 gün əvvəl psixiatriya xəstəxanasından çıxıb. Onun keçmiş hərbçi olduğu bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью