Fransada siyasi gərginlik pik həddə Seçkilər tələb olunur

06.10.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Fransada baş nazir Sebastyan Lekornyunun istefası böyük rezonans doğurub.

Milli.Az xəbər verir ki, istefadan dərhal sonra Milli Birlik Partiyasının (RN) prezidenti Jordan Bardella prezident Makrona sərt çağırış edib.

Bardella bildirib ki, ölkədə yaranmış siyasi gərginlik yalnız Milli Assambleyanın buraxılması və yenidən seçkilərin keçirilməsi ilə aradan qaldırıla bilər.

"Seçkilərə qayıtmadan və Milli Assambleya buraxılmadan sabitlik bərpa oluna bilməz," - deyə RN lideri vurğulayıb.

Hazırda prezident sarayından məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью